Boatenq "Trabzonspor"da
“Trabzonspor” köməkçi məşqçi vəzifəsi üçün Jerom Boatenqlə prinsipial razılığa gəlib.
Sportline.az xəbər verir ki, baş məşqçi vəzifəsinə almaniyalı Tomas Raysı gətirən Türkiyə klubu Boatenqlə də anlaşma əldə edib. Məlumata görə, 38 yaşlı mütəxəssis Raysın istəyilə məşqçilər korpusuna cəlb olunacaq.
Qeyd edək ki, Jerom Boatenq ötən il Avstriyanın LASK klubunda məşqçilik karyerasına başlayıb. Yeni razılaşmaya əsasən, o, “Trabzonspor”da Tomas Raysın köməkçisi kimi çalışacaq.