Portuqaliya Uelsə qarşı

Bu gün Millətlər Liqasında 1-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, yarışın son qalibi Portuqaliya millisi Lissabonda Uels komandası ilə üz-üzə gələcək.

Pireney təmsilçisi bu görüşə optimal heyətlə çıxacaq. Qonaqlarda isə itkilərin sayı kifayət qədərdir. Natan Broahid, İsaak Deyvis, Co Rodon və Deylen Lavlor zədəlidir.

Qeyd edək ki, tərəflər arasında son qarşılaşma AVRO-2016-nın yarımfinalına təsadüf etmişdir. Həmin matçda Portuqaliya Uelsi 2 cavabsız qolla üstələmişdi.

Portuqaliya - Uels görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oyunun ədalət təmsilçisi litvalı Donatas Rumsas olacaq.