Norveç Danimarkanı qəbul edəcək
Bu gün Millətlər Liqasında 1-ci tura start veriləcək.
Sportline.az xəbər verir ki, Norveç millisi "Ullevaal" stadionunda Danimarkanı qəbul edəcək.
Tərəflər arasında keçirilən son 5 qarşılaşmanın 3-də Danimarka qələbə qazanıb. Qalan 2 oyunda sülh qeydə alınıb.
Komandalar bu görüşə optimal heyətlə çıxacaqlar.
Qeyd edək ki, Norveç - Danimarka matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oyunda söz sahibi almaniyalı Tobias Ştiller olacaq.