Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüşlərə start verilib.

Sportline.az xəbər verir ki, yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vurublar.

İlk sərbəst yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.

Daha sonra ikinci sərbəst yürüş keçirilib, Yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

“Mercedes”in britaniyalı pilotu Corc Rassel bu dəfə də birinci olub. Onun komanda yoldaşı Kimi Antonelli ikinci, “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.