Ronaldo karyerasını bitirəcəyi tarixdən danışdı

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən və Portuqaliya millisinin formasını geyinən Kriştianu Ronaldu futbolçu karyerasını nə vaxt yekunlaşdıracağı ilə bağlı açıqlama verib.

Sportline.az xəbər verir ki, Millətlər Liqasının oyunları üçün milli komandaya dəvət alan 41 yaşlı hücumçu gələcəyi barədə danışarkən karyerasını başa vurmaq ehtimalını da istisna etməyib.

Ronaldu bildirib ki, hazırkı mövsüm onun üçün sonuncu ola bilər. Bununla belə, futbolçu yekun qərarını hələ vermədiyini vurğulayıb.

"Bu, mənim son mövsümüm ola bilər. Amma bunu dəqiq bilmirəm. Əgər bədənim və zehnim buna imkan versə, həmçinin yaxşı formada olsam, o zaman nə olacağını deyə bilmərəm. Nələrin baş verəcəyini bilmirəm. Hələ də burada olmağa qadir olduğumu sübut edirəm. Həm klubda, həm də milli komandada hələ də qollar vurduğumu nümayiş etdirmişəm", - deyə jurnalist Fabritsio Romano Ronaldunun sözlərini çatdırıb.