“Bavariya”dan Olmo həmləsi
“Bavariya”nın “Barselona”nın futbolçusu Dani Olmo ilə maraqlandığı və yanvar transfer pəncərəsi üçün mümkün transferi nəzərdən keçirdiyi bildirilir.
Sportline.az xəbər verir ki, Münhen klubu Jamal Musiala və Maykl Olize ilə bağlı vəziyyətə görə hücum xəttində alternativlər axtarır.
Olmonun mümkün transfer qiymətinin təxminən 70 milyon avro olduğu qeyd edilir.