Joao Pedro “Çelsi”də qalma səbəbini açıqladı

Joao Pedro “Çelsi” ilə müqaviləsini 2034-cü ilə qədər uzatmasının ardından klubdakı gələcəyi barədə danışıb.

Sportline.az xəbər verir ki, braziliyalı hücumçu London təmsilçisində özünü rahat hiss etdiyini və komandaya uzunmüddətli bağlılığını göstərmək istədiyini bildirib.

“Böyük klubda oynamaq həmişə arzum olub və bu komandaya uzunmüddətli bağlılığım mənim üçün çox şey ifadə edir”, – deyə futbolçu söyləyib.

O, “Çelsi”nin qarşıdakı illərdə böyük hədəfləri olduğunu və bu məqsədlərə çatmaq istədiyini vurğulayıb.