Havertsin durumu bəlli deyil
“Arsenal”ın hücumçusu Kay Haverts Almaniya millisinin düşərgəsində zədələnib.
Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu Niderlandla keçirilən qarşılaşmada aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib. Havertsin vəziyyətinin ciddi olub-olmadığı hələlik dəqiq bilinmir. Onun əlavə tibbi müayinədən keçəcəyi və zədənin dərəcəsinin bundan sonra müəyyənləşəcəyi gözlənilir.
“Arsenal”da futbolçunun klubdakı növbəti oyunlarda iştirak edib-etməyəcəyi ilə bağlı narahatlıq yaranıb. Havertsin durumunun yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.