"Arsenal"ın Alvarez sevdası davam edir
"Arsenal" Xulian Alvarezi heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "İndependent" nəşri məlumat yayıb.
London klubu bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Atletiko" Alvarez üçün ən azı 100 milyon avro tələb edir.