ÇL: "Sabah" cavab oyununa çıxır
Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Uelsin TNS klubu ilə qarşılaşacaq.
21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan)
Osvestry, Park Hall Stadionu
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya) İlk oyun: 0:2
Qeyd edək ki, cütün qalibi ikinci turda Şimali Makedoniyanın "Vardar" və Finlandiyanın KuPS komandaları (ilk oyun: 0:2) arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.