"Mançester Yunayted"də böhran

“Mançester Yunayted” rəhbərliyinin baş məşqçi Maykl Kerrikin gələcəyini müzakirə etdiyi bildirilir.

Sportline.az xəbər verir ki, komandanın son uğursuz çıxışlarından sonra klub rəhbərliyi vəziyyəti ciddi şəkildə qiymətləndirir. Nəşr Eddi Hauunun mümkün namizədlər arasında ön plana çıxdığını yazır.

Kerrikin gələcəyi ilə bağlı müzakirələr komandanın son nəticələrindən və futbolçuların baş məşqçinin taktiki yanaşmasına dair narazılıqlarından sonra gündəmə gəlib.

Bununla belə, klubun artıq qərar verdiyini söyləmək olmaz. Mümkün məşqçi dəyişikliyi ilə bağlı yayılan məlumatlar hazırda mətbuat xəbərləri səviyyəsindədir.