"Mançester Siti"dən "Çelsi"yə təklif
“Mançester Siti”nin “Çelsi”nin müdafiəçisi Malo Qusto ilə maraqlandığı iddia olunur.
Sportline.az xəbər verir ki, Mançester təmsilçisi fransalı sağ cinah müdafiəçisini qış transfer pəncərəsində heyətinə qatmaq variantını nəzərdən keçirir.
İddialara əsasən, “Çelsi” yayda futbolçu üçün 80 milyon avrodan artıq məbləğ tələb edib. Bu qiymət digər klublar üçün yüksək hesab olunsa da, “Mançester Siti”nin marağının davam etdiyi bildirilir. London klubunun maliyyə tələblərini aşağı salacağı təqdirdə mümkün transfer məsələsi yenidən gündəmə gələ bilər.
Hazırda tərəflər arasında razılaşmanın əldə olunduğuna dair rəsmi məlumat yoxdur.