Azərbaycan millisi Avstraliyaya məğlub oldu

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gəlib. Hövsan Yarış Kompleksində keçirilən qarşılaşma Avstraliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız günün ilk matçında isə Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.

Qeyd edək ki, millimiz oktyabrın 26-sı İsrail və Haiti yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.