“Arsenal” gənc hücumçu uğrunda mübarizəyə qoşuldu
İngiltərənin “Arsenal” klubu “Brügge”nin hücumçusu Nikolo Tresoldi ilə maraqlanır.
Sportline.az xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klubların sırasına qoşulub. Almaniya əsilli hücumçu “İnter”lə Çempionlar Liqası matçında het-trik etdikdən sonra diqqət mərkəzinə düşüb.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücum xəttində seçim imkanlarını artırmağı planlaşdırır.