Bu gecə "El-Klasiko" var
İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, bu gecə turun mərkəzi qarşılaşması oynanılacaq.
"Barselona" "Kamp-Nou"da əzəli rəqibi "Real"ı qəbul edəcək. "El-Klasiko" Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Hazırda keçirdiyi 9 oyunun hamısına qalib gələn "Barselona" 27 xalla vahid liderdir. "Real"ın isə 9 oyundan 21 xalı var və 3-cü pillədə qərarlaşıb.