“Tottenhem”dən 40 illik həsrətə son
İngiltərə Premyer Liqasının 8-ci turunda “Tottenhem” səfərdə “Çelsi”yə 2:0 hesabı ilə qalib gəlib.
Sportline.az "Opta"ya istinadən xəbər verir ki, "ağ zanbaqlar" 1986-cı ilin dekabrından sonra ilk dəfə “Stemford Bric”də “Çelsi”ni qol buraxmadan məğlub edib.
Həmin vaxt da "Tottenhem" rəqibini 2:0 hesabı ilə üstələyib.