Azərbaycanın iki güləşçisi bu gün dünya çempionu ola bilər
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Sportline.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıı medal uğrunda görüşə çıxacaq.
55 kq çəki dərəcəsində 4 qat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi ilə üz-üzə gələcək.
77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.
Bundan başqa bun gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.