Prezident ailə üzvləri ilə birgə çempionatın açılışında
Xəbər verdiyimiz kimi, okttyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.
Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşdülər.
Canni İnfantino dövlətimizin başçısına xatirə hədiyyələri təqdim edib.