“Uduzanda xoşbəxt olmuram”

“Yuventus”un baş məşqçisi Luçano Spalletti Avropa Liqasında “Renn”lə 2:2 hesablı heç-heçədən sonra komandasının çıxışını dəyərləndirib.

Sportline.az xəbər verir ki, Turin təmsilçisi oyunda hesabda geri düşdükdən sonra bərabərliyi təmin etsə də, qələbə qazana bilməyib. Spalletti futbolçularının mübarizə əzmini müsbət qiymətləndirsə də, buraxılan qolların qarşısını almağın mümkün olduğunu düşünür.

“Bu gün yaxşı oynadıq, tempimiz də yaxşı idi. Təəssüf ki, buraxmamalı olduğumuz iki qol buraxdıq”, – deyə italiyalı mütəxəssis bildirib.

O, komandanın daha sürətli oynamalı olduğunu vurğulayıb və əlavə edib: “Əgər oyunları qazanmıramsa, xoşbəxt olmuram”.