Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" səfərdə "Tekstilşik İvanovo"nun qonağı olub. Qarşılaşma "Soçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rusiya Birinci Liqası, 15-ci tur
"Tekstilşik İvanovo" - "Soçi" - 1:3
Qollar: A.Pomalyuk, 8 - M.İqnatov, 13, 63, Z.Fedorov, 67-pen.
Ramil Şeydayev görüşün 75-ci dəqiqəsində meydana daxil olub.
Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.