“Qələbəyə layiq idik”

“Benfika”nın baş məşqçisi Marko Silva “Omoniya” üzərində 4:1 hesablı qələbədən sonra komandasının oyununu şərh edib.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularının matça yaxşı başladığını, lakin müəyyən müddətdə top itkilərinin artdığını bildirib. Onun sözlərinə görə, fasilədə əsas diqqət oyuna nəzarəti qorumağa yönəlib.

“Bu, komandamızın tamamilə layiq olduğu qələbə idi. Biz daha güclü komandayıq və bunu oyun ərzində sübut etdik. Bununla belə, təxminən 25 dəqiqə ərzində öz səviyyəmizdə çıxış etmədik”, – deyə Silva bildirib.

“Benfika” bu nəticə ilə Avropa Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.