Azərbaycan millisi bu gün 2 oyun keçirəcək
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində daha 2 oyun keçirəcək.
Komandamız əvvəlcə saat 12:45-də Andorra ilə qarşılaşacaq. Millimiz günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu görüş saat 19:30-da başlayacaq.
Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.
Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda Avstraliya ilə birgə 3 xalla AF qrupunda şərikli liderdirlər.