Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı

Ukrayna Premyer Liqasında 10-cu turun oyunu keçirilir. 

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" öz meydanında "Krivbas"ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Millimizin futbolçusu Renat Dadaşov zədəli olduğu üçün bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Bukovina" 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.