"Roma"da Baldeni istəyir

“Roma” “Barselona”nın müdafiəçisi Alexandro Balde ilə maraqlanır.

Sportline.az xəbər verir ki, İtaliya klubu yanvar transfer pəncərəsi ərəfəsində 23 yaşlı sol cinah müdafiəçisinin vəziyyətini izləyir. “Mançester Yunayted” də daha əvvəl ispaniyalı futbolçunu heyətinə qatmağa çalışıb.

Məlumata görə, İngiltərə klubu yayda Baldeni mövsümlük icarəyə götürmək variantını təklif edib, lakin “Barselona” futbolçunu yalnız birdəfəlik transferlə satmağa maraq göstərib. İspaniyalı müdafiəçinin Kataloniya klubunda oyun vaxtının azalması digər komandaların marağını artırıb.

“Roma”nın da yarışa qoşulması Baldenin gələcəyi ilə bağlı vəziyyəti daha maraqlı edib. Bununla belə, hazırda klublardan heç biri futbolçunun transferi ilə bağlı rəsmi razılaşma açıqlamayıb.