Reşford Mersisayd klubunda çıxış edə bilər
"Mançester Yunayted"in futbolçusu Markus Reşford yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Everton" ingiltərəli oyunçunu transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Transferdot.com" saytı məlumat yayıb.
Qeyd edək ki, M.Reşfordun dəyəri 35 milyon avrodur.