"Valensiya"dan "Liverpul"a
“Liverpul” “Valensiya”nın gənc futbolçusu David Otorbi ilə maraqlanır.
Sportline.az “Tribuna Deportiva” nəşrinə istinadən xəbər verir ki, “Tribuna Deportiva” İngiltərə klubunun 19 yaşlı cinah oyunçusunu izlədiyini yazıb. Məhəmməd Salahın mövsümün sonunda komandadan ayrılmasından sonra mersisaydlılar hücum xəttində alternativləri nəzərdən keçirirlər.
Məlumata əsasən, “Valensiya” futbolçuya marağın artmasından sonra onun müqaviləsini uzatmaq və sərbəstqalma məbləğini 30 milyon avrodan 60 milyon avroya qaldırmaq istəyir. Yeni müqavilənin 2031-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.
Otorbi ilə bağlı məsələ hələlik ilkin maraq mərhələsindədir. “Liverpul”un rəsmi təklif göndərdiyi barədə məlumat yoxdur. “Valensiya” isə gənc futbolçusunu gələcək layihəsinin bir hissəsi kimi qorumağa çalışır.