"Liverpul"dan ayrılacaq?

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisterlə yeni müqavilə imzalamaq üçün hazırda danışıqlar aparmadığı bildirilir.

Sportline.az xəbər verir ki, jurnalist Ben Ceykobsun yaydığı informasiyaya əsasən, argentinalı futbolçu yayda müqaviləsinin uzadılması məsələsinin gündəmə gəlməməsindən narazı qalıb. Onun hazırkı sözləşməsi 2028-ci ilə qədər qüvvədədir.

Məlumatda Mak Allisterin “Real Madrid”, “Mançester Yunayted” və “Mançester Siti” kimi klublara təklif oluna biləcəyi də qeyd edilir. “Liverpul”un 2027-ci ildə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırdığı, Aleks Skott, Manu Koné və Lamin Kamaranın mümkün namizədlər arasında göstərildiyi bildirilir.