"Nyukasl"dan yeni həmlə
“Nyukasl” “Dinamo”nun hücumçusu Diyon Drena Belionun çıxışlarını izləyir.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı xorvatiyalı futbolçunun oyununu canlı izləmək üçün skautlarını göndərib. “Mançester Yunayted”, “Tottenhem” və “Everton”un da hücumçu ilə maraqlandığı iddia olunur.
Mənbənin yazdığına görə, Belionun transfer qiyməti təxminən 25 milyon avro ola bilər. Bununla belə, “Dinamo Zaqreb” futbolçunu komandada saxlamaqda maraqlıdır və yalnız sərfəli təklif alacağı halda onun ayrılmasına razılıq verə bilər.
Belionun müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Bu səbəbdən “Nyukasl”ın transferi reallaşdırması asan görünmür. Hazırda söhbət skautların marağından gedir, klublar arasında rəsmi razılaşma barədə məlumat yoxdur.