Mountun adı "Nyukasl"la hallanır
"Mançester Yunayted"in futbolçusu Meyson Mount karyerasını "Nyukasl"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
27 yaşlı oyunçu dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, Mountun "Mançester Yunayted"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.