Nihat Kahveci polis tərəfindən saxlanıldı
Türkiyə millisinin sabiq futbolçusu və tanınmış idman şərhçisi Nihat Kahveci, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı fiziki zorakılıq törətdiyi iddiası ilə polis əməkdaşları tərəfindən saxlanılıb.
Sportline.az xəbər verir ki, hadisənin İstanbulun Sarıyer bölgəsində yerləşən restoranların birində baş verdiyi bildirilir. İddialara görə, masada əyləşən cütlük arasında naməlum səbəbdən şifahi mübahisə düşüb və gərginlik qısa müddətdə davanın böyüməsinə səbəb olub. Keçmiş futbolçunun mübahisə zamanı həyat yoldaşına şillə vurduğu və masadakı şüşə qabı ona doğru atdığı irəli sürülüb.
Bu haqda "Boşuna Tıklama" nəşri məlumat yayıb.
Restorandakı digər müştərilərin və işçilərin xəbərdarlığından sonra hadisə yerinə gələn asayiş keşikçiləri Kahvecini nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarında aparılan rəsmi prosedurlardan və dindirilmədən sonra Nihat Kahveci sərbəst buraxılıb