"Əl-Əhli" portuqaliyalı futbolçunu transfer edəcək

"Sportinq"in futbolçusu Fransisko Trinkao karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Əl-Əhli" portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq üzrədir.

Bu haqda jurnalist Santi Aouna məlumat yayıb.

Qeyd edək ki, "Əl-Əhli" bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödəyəcək.

Banner