10-cu ev məğlubiyyəti
Topaz Premyer Liqasının III turunda “Sabah”ı qəbul edən “Zirə” uğursuz yubileylə üzləşib.
SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, qəsəbə klubu 48-ci ev oyununda 10-cu məğlubiyyətini alıb. Paytaxt klubu bu müddətdə 25 qələbə qazanıb və 13 heç-heçə edib. Yüksək dəstədə 4-cü mövsümünü keçirən komanda öz meydanında 65 qol vurub, 49-nu buraxıb.