10 ildən sonra...

UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən "Real" - MOİK Moskva matçı Madrid təmsilçisi üçün heç də əlamətdar olmayıb.

SportLine.az xəbər verir ki, "kral klubu" 10 ildən sonra Çempionlar Liqasının qrup mərhələsində eyni kluba iki oyunda da məğlub olub.

Sonuncu dəfə 2008/2009-cu il mövsümündə "Yuventus" "Real"ı hər iki matçda məğlub etmişdi (2:1 və 2:0). 

Qeyd edək ki, Moskva klubu doğma meydanda 1:0, səfərdə isə 3:0 hesablı qələbəyə sevinib.