120 dəqiqənin ən yaxşısı müəyyənləşdi
DÇ-2018-in yarımfinal mərhələsi çərçivəsində keçirilən Xorvatiya - İngiltərə matçının ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü İvan Perişiç "matçın ən yaxşısı" adına layiq görülüb.
Qeyd edək ki, Xorvatiya seçməsinin əlavə vaxtda qələbə qazandığı görüşdə (2:1) İvan Perişiç hesaba tarazlıq gətirən qolu vurub.