13 il sonra...

UEFA Çempionlar Liqasında "Ayaks" 5-ci tur çərçivəsində AEK-in qonağı olub. SportLine.az xəbər verir ki, Afinada keçirilən görüş Amsterdam klubunun qələbəsi ilə yekunlaşıb (2:0). Bu nəticə ilə, "Ayaks" 13 il sonra Çempionlar Liqasında mərhələ adlamağa müvəffəq olub. 

Doğma azarkeşlər önündə məğlub olan AEK isə bu mövsüm avrokuboklarla vidalaşıb.

27 noyabr 2018
Çempionlar Liqası
5-ci tur

"E" qrupu

AEK (Afina) - "Ayaks" - 0:2
QOLLAR: 
Tadiç, 68/p. (0:1); Tadiç, 72 (0:2)

"Bavariya" - "Benfika" - 5:1
QOLLAR: 
Aryen Robben, 13 (1:0); Aryen Robben, 30 (2:0); Robert Levandovski, 36 (3:0); Gedson Fernandes, 46 (3:1); Robert Levandovski, 51 (4:1); Frank Riberi, 76 (5:1)

1. Bavariya 5 13
2. Ayaks 5 11
3. Benfika 5 4
4. AEK Afina 5 0