14-cü turun rəmzi komandası müəyyənləşdi

“InStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının 14-cü turunun rəmzi komandası müəyyənləşib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi "11-lik"də bu futbolçular yer alıblar:

Qapıçı: Emil Balayev (“Səbail”)-2

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”)-4, Denis Silva (“Keşlə”)-3, Ömər Buludov (“Neftçi”)-2

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-4, Filip Ozobiç (“Qarabağ”)-5, Simeon Slavçev (“Qarabağ”)-3, Dani Kintana (“Qarabağ”)-2

Hücumçular: Rauf Əliyev (“Qəbələ”), Mahir Mədətov (“Qarabağ”)-4

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.