16 yaşlı futbolçu "Barselona"da

"Barselona" "Vest Bromviç"in 16 yaşlı hücumçu Lui Berrini transfer edib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərənin U-17 millisinin üzvü "Barselona"nın akademiyasında (La Masia) futbola davam edəcək.

Qeyd edək ki, L. Berri ötən mövsüm İngiltərə klubunun gənclər komandasında 13 matçda 4 qol vurub.