16 yaşlı futbolçu "Liverpul"da

İngiltərənin "Lİverpul" klubu yeni transferini açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "qırmızılar" "Fulhem"in 16 yaşlı hücumçusu Harvi Elliotu transfer edib. Müqavilənin detalları barədə məlumat verilməyib.

İngiltərənin U-17 millisinin üzvü Premyer Liqa tarixində meydana çıxmış ən gənc futbolçudur. Elliot 16 yaş 30 günlüyündə çempionatın 37-ci turunda "Fulhem"in "Vulvehempton"la matçında meydana çıxıb.