16 yaşlı qapıçıdan rekord

Fransanın "Renn" klubunun qapıçısı Pepe Bone UEFA Avropa Liqasında rekord müəyyənləşdirib. 

Sportline.az xəbər verir ki, Konqo əsilli qolkiper qitəmiqyaslı yarışda 16 yaş 254 günlüyündə debüt edib. O, Rumıniya ÇFR-i ilə III tur matçının 8-ci dəqiqəsində meydana buraxılıb. Səbəb əsas qapıçı Eduard Mendinin qırmızı vərəqə alması olub. 

Bone Avropa Liqasının ən gənc qapıçısı ünvanına yiyələnib. 

Qeyd edək ki, Renn şəhərindəki "Stad de la Rut" stadionunda təşkil olunmuş qarşılaşma ÇFR-in qələbəsi ilə yekunlaşıb - 1:0.