18 yaşlı oyunçu İngiltərə futbolunun tarixinə düşə bilər

Cari mövsüm Dortmund "Borussiya"sındakı çıxışı ilə diqqətləri üzərinə çəkən Ceydon Sanço Avropa nəhənglərinin hədəfindədir. SportLine.az xəbər verir ki, "Mançester Yunayted" və PSJ 18 yaşlı futbolçunu transfer etmək niyyətindədir. 

"Telegraph"ın məlumatına görə, hər iki komanda gənc hücumçu üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır. C.Sanço bu qiymətə transfer edilsə, İngiltərə tarixində ən bahalı futbolçu olacaq.

Qeyd edək ki, C.Sanço "Uotford" və "Mançester Siti"nin gənclərdən ibarət komandasında çıxış edib. 2017-ci ildən isə "Borussiya"nın şərəfini qoruyur.