Millimiz elit-raunda məğlubiyyətlə yekun vurdu

19 yaşadək futbolçuların Avropa çempionatının elit-raund mərhələsi sona çatıb. SportLine.az xəbər verir ki, I qrupda mübarizə aparan Azərbaycan futbolçuları bu gün sonuncu oyunlarına çıxıblar. Rəqib Rumıniya kollektivi olub.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi ilk oyunda Rusiya ilə 0:0 hesablı heç-heçə etsə də, 2-ci turda İrlandiyaya 1:3 hesabı ilə uduzmaqla final mərhələsinə yüksəlmək imkanını itirib.

I qrupun qalibi - İrlandiya seçməsi Avropa çempionatına vəsiqə qazanıb. 

25 mart 2019
U-19, Avropa çempionatının elit-raund mərhələsi
I qrup, 3-cü tur

Azərbaycan U19 - Rumıniya U-19 - 0:4
QOLLAR:
Valentin Mihayla, 7 (0:1); Valentin Mihayla, 20 (0:2); Andrey Rus, 29 (0:3); Aleşandru Tirlea, 90+3 (0:4)

Rusiya U19 - İrlandiya U19 - 0:2

Standings provided by Sofascore LiveScore