2 futbolçu "Mançester Yunayted"dən getdi

"Mançester Yunayted" iki futbolçusu ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Luis Antonio Valensiya və yarımmüdafiəçi Ander Herrera ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

İngiltərə klubu yarımmüdafiəçisi Xuan Mataya isə yeni müqavilə təklif edib.

Qeyd edək ki, Valensiya 2009, Herrera isə 2014-cü ildən "MY"da oynayırdı.