2 qolla "ən yaxşı" seçildi
DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində keçirilən Uruqvay - Portuqaliya oyununun ən yaxşısı müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Edinson Kavani "matçın ən yaxşısı" olub.
Qeyd edək ki, E.Kavani Uruqvay millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə dublla yadda qalıb.