2022-ci il dünya çempionatı sual altında

2022-ci il dünya çempionatının ev sahibi dəyişə bilər.

Sportline.az xəbər verir ki, FIFA mundialı Qətərdən almağı planlaşdırır.

Buna səbəb dünya çempionatının ev sahibi seçimi ilə bağlı korrupsiya qalmaqalının və müxtəlif rüşvət söz-söhbətinin yaranmasıdı. Ali futbol qurumu təşkilatçı ölkənin dəyişdirilməsi üçün təcili toplantı keçirə bilər. FIFA hətta mundiala ev sahibliyi etməyə hazır ölkə axtarışına başlayıb və gizli görüşlər keçirir.

DÇ-2022-nin Qətərə həvalə edilməsi 2010-cu il dekabrın 2-də Sürixdəki iclasda qərara alınıb. ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya da namizəd ölkələr idi.

Qeyd edək ki, bu günlərdə UEFA-nın sabiq prezidenti Mişel Platini DÇ-2022-nin Qətərə verilməsi üçün rüşvət aldığı iddiası ilə ifadə vermişdi.