21-ci Dünya çempionatı start götürür

Bu gün Rusiyada futbol üzrə 21-ci Dünya çempionatı start götürəcək. SportLine.az xəbər verir ki, bu dəfəki yarışda da 32 komanda kuboku başı üzərinə qaldırmaq üçün yarışacaq.

Mundialın favoritləri arasında Braziliya, İspaniya, Almaniya, Fransa, Argentina millilərinin adı çəkilsə də, Belçika millisindən sürpriz gözləyənlərin də sayı az deyil.

Yarışın bu günədək olan qaliblərinə gəlincə, Mundiallar tarixində ən çox qələbə Braziliya seçməsinə nəsib olub. "Sambaçılar" 5 dəfə dünya kubokuna yiyələniblər. 

Almaniya və İtaliya millisi 4, Uruqvay və Argentina 2, Fransa, İngiltərə və İspaniya isə 1 dəfə dünya çempionu adını qazanıb.

Sonda qeyd edək ki, iyulun 15-də yekunlaşacaq Mundialla bağlı ən son xəbərləri SportLine.az saytından izləyə biləcəksiniz.