3-cü turun ən yaxşısı müəyyənləşdi
“İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasında 3-cü turun ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, başa çatan turun ən yüksək indeksə malik futbolçusu “Qarabağ”ın üzvü Simeon Slavçevdir.
Qeyd edək ki, Slavçev III turun “Neftçi” ilə keçirilən matçında 62 dəqiqə meydanda olub.