3 ingilis klubu "Real"ın oyunçusu üçün rəqib oldu
"Real"ın futbolçusu İskonu heyətində görmək istəyən klubların sayı artıb. SportLine.az "Sun"a istinadən xəbər verir ki, "Çelsi" və "Tottenhem" də yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bunadək "Mançester Siti"nin futbolçu ilə ilkin razılıq əldə etdiyi və Madrid klubuna təzminat məbləği kimi 75 milyon funt-sterlinq ödəməyə hazır olduğu deyilirdi.
Qeyd edək ki, 25 yaşlı futbolçu2013-cü ildə "Malaqa"dan "Real"a keçib.