"3 xal qazanacağımıza inanıram" - Şəhriyar Rəhimov

"Səbail"in futbolçusu Şəhriyar Rəhimov "Sabah" komandası ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVII tur matçı barədə danışıb.

SportLine.az-ın məlumatına görə, təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında qələbəyə kökləndiklərini bildirib. O, ötən tur "Zirə" ilə qarşılaşmada şanslardan yararlana bilmədiklərinə diqqət çəkib. Rəhimov bu dəfə əlverişli vəziyyətlərdən istifadə etmələrinin vacibliyini dilə gətirib: "Şanslarımızı reallaşdıra bilsək, 3 xal qazanacağımıza inanıram. Biz qalibiyyətə köklənmişik!”

Qeyd edək ki, fevralın 17-də "Bayıl Arena"da keçiriləcək görüş saat 15:00-da başlanacaq.