38 yaşlı oyunçu daha 1 il "Betis"də

"Betis" futbolçusu Xoakin Sançeslə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2021-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm 17 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib. O, 2002-2007-ci illərdə yığma ilə 51 oyunda iştirak edib.