"Qalatasaray" "Fənərbağça" ilə görüşdə qələbəni əldən verdi

02 noyabr 2018
Super Liqa, 10-cu tur

"Qalatasaray" - "Fənərbağça" - 2:2
QOLLAR:
Rayan Donk, 32 (1:0); Martin Linnes, 49 (2:0); Valbuena, 67 (2:1); Ceylson, 72 (2:2)


Bu gün futbolsevərlər növbəti İstanbul derbisinə şahidlik edəcəklər. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" Super Liqanın 11-ci turu çərçivəsində üz-üzə gələcəklər. "Türk Telekom Arena"da təşkil olunacaq matç bu komandalar arasında 388-ci duel olacaq.

Bunadək keçirilən oyunlarda "Fənərbağça"nın üstünlüyü nəzərə çarpır:

Arxada qalan 10 turda "Qalatasaray" 19 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Hesabında 9 xal olan "Fənərbağça" isə 15-cidir.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçının start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Görüşdə ədaləti Fırat Aydınusun rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.

Standings provided by Sofascore LiveScore